Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1957-ci il təvəllüdlü Osmanov Məhəmməd Eldar oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı M. Osmanovun vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 09:23-də başa çatıb.