Şabran rayonunda döyülmə faktı qeydə alınıb. APA TV-nin Şimal bürosunun məlumatına görə, rayonun Pirəbədil kənd sakini, 1963-cü il təvəllüdlü Qurbanova Tahirə Cəbrayıl qızı müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Şabran rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, T. Qurbanova polisə kürəkəni və onun atası tərəfindən döyüldüyünü bildirib. Qarşı tərəf də öz növbəsində T. Qurbanovadan polisə şikayət edib. Onlar iddia edib ki, 52 yaşlı qadın onların evlərinin şüşələrini sındırıb.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir.