Sabirabadda polis mayoru yol qəzasında öldü
14 sentyabr 2015 22:11 (UTC +04:00)

Sabirabadda polis mayoru yol qəzasında öldü

0

Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.

 

Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, İmişli rayon sakini, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus "Opel Omega" avtomobili ilə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir.

 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 469

Oxşar yazılar