Sabiq məhkum gənc oğlanı qətlə yetirdi - <span style="color:red;">BAKIDA
23 mart 2016 11:36 (UTC +04:00)

Sabiq məhkum gənc oğlanı qətlə yetirdi - BAKIDA

 

 

Bakıda qətl törədilib.

 

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun İ.Hidayətzadə küçəsi ev 3-ün qarşısında qeydə alınıb. Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü Məmməd Məmmədov münaqişə zəminində tanışı, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Zülfüqar Əzizlini bıçaqlayıb. Nəticədə Z.Əzizli xəstəxanaya aparılarkən yolda ölüb.    

 

Hadisəni törədən M.Məmmədov saxlanılıb.

 

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320

Oxşar yazılar