Sabah yol polisi gücləndirilmiş iş rejimində işləyəcək
30 may 2013 14:13 (UTC +04:00)

Sabah yol polisi gücləndirilmiş iş rejimində işləyəcək

Sabah Bakıda yol polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


 

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. V. Əsədov qeyd edib ki, sabah paytaxt məktəblərində keçiriləcək “Son zəng” tədbirlərində yol hərəkətinin təhlükəsiz və nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün Bakı Şəhər Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində işləyəcək.

 

V. Əsədov, həmçinin bildirib ki, bütün məktəblərin yerləşdiyi küçələrdə, onlara bitişik yollarda yol polisi nəqliyyat vasitəsini idarə edən şəxslərin sənədlərini yoxlayacaq.

 

Onun sözlərinə görə, ötən il keçirilən  “Son zəng” tədbirində 40 avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən şəxslər barəsində inzibati tədbir görülüb.

 

Şöbə rəisi nəqliyyat vasitələrinin sürücülərinə müraciətində bildirib ki, tədbir keçirilən məktəblərin yanında sıxlığın və tıxacın yaranmaması üçün şəxsi avtomobillərdən az istifadə etmələri xahiş edilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1310
avatar

Oxşar yazılar

Şəmkirdə "Qazel"  yandı

Şəmkirdə "Qazel" yandı

1 noyabr 2024 , 22:23
Şabranda azyaşlı bıçaqla öz BOĞAZINI KƏSDİ

Şabranda azyaşlı bıçaqla öz BOĞAZINI KƏSDİ

1 noyabr 2024 , 20:31
İmişlidə kişi özünü asdı, ailəsi meyitini 1 gün sonra tapdı

İmişlidə kişi özünü asdı, ailəsi meyitini 1 gün sonra tapdı

1 noyabr 2024 , 19:46
Yol polisinin 17 mayor və kapitanı işdən qovuldu

Yol polisinin 17 mayor və kapitanı işdən qovuldu

1 noyabr 2024 , 18:54
Bakıda FACİƏ:  fəhlə binadan yıxılıb öldü

Bakıda FACİƏ: fəhlə binadan yıxılıb öldü

1 noyabr 2024 , 17:36
Şokolad çubuğu yeyən 7 yaşlı qız boğulub öldü

Şokolad çubuğu yeyən 7 yaşlı qız boğulub öldü

1 noyabr 2024 , 17:10
Ana qızının atalıq hüququnu satdı

Ana qızının atalıq hüququnu satdı

1 noyabr 2024 , 16:44
Aeroportun polis rəisi  saxlanıldı

Aeroportun polis rəisi saxlanıldı

1 noyabr 2024 , 13:42