Rusiya polisinin axtardığı azərbaycanlılar ölkəmizdə saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə (adam oğurluğu) axtarışda olan Əvəz Nağıyev tutulub. Həmçinin 132-ci maddə ilə (zorlama) axtarışda olan Seymur Məmmədov da saxlanılıb.