26 yaşlı azərbaycanlı həyat yoldaşını qətlə yetirib - <span style="color:red;">GÜRCÜSTANDA
04 may 2017 16:25 (UTC +04:00)

26 yaşlı azərbaycanlı həyat yoldaşını qətlə yetirib - GÜRCÜSTANDA

0
Gürcüstanda qətl hadisəsi baş verib. 
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonundakı Tamarisi qəsəbəsində yaşayan 26 yaşlı Xviça Nəbiyev həyat yoldaşı 1995-ci il təvəllüdlü Yeganə Quliyevanı qətlə yetirib.
 
X. Nəbiyev Y. Quliyevanı boğaz nahiyəsindən bıçaqla vurub.
 
Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir.
 
Qeyd edək ki, X. Nəbiyevin 1,5 və 3 yaşlı körpə uşaqları var. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (bilərəkdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar