“Ramazan bayramı günləri ümumən sakit keçib. Buna baxmayaraq, bayram günlərində mərkəzə spirtli içki qəbul etmiş 8 nəfər sərxoş gətirilib. Onlar müayinə olunduqdan sonra evə buraxılıb”.
Bunu Lent.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Bundan başqa, 2 nəfər dərman preparatlarından zəhərlənib. Toksikologiya şöbəsinin müdiri onların da vəziyyətinin orta ağır olduğunu deyib.