Qubadakı yanğının qarşısı alınıb - <b>YENİLƏNİB</b>
30 iyul 2018 19:11 (UTC +04:00)

Qubadakı yanğının qarşısı alınıb - YENİLƏNİB

19:11

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və 1 ədəd texnikası, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

 

İlkin məlumata görə, yanğınların yayılmasının qarşısı alınıb.

 

Hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

 

17:48

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Çayqışlaq və Qasımqışlaq kəndlərinin yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mürəkkəb reylefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub. İlkin məlumata görə, qeyd olunan ərazidə quru ot və kol-kos yanır.

 

Əlavə məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Tural TURAN

Oxşar yazılar