İyunun 17-də Quba rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 12.55 radələrində Quba rayonunun Alpan kəndi ərazisində kənd sakini Samir Səfərov “KamAZ” markalı avtomaşını hərəkətə gətirərkən qonşuluqda yaşayan azyaşlı Cəsur Xəlilov təkərin altında qalaraq ölüb.
Quba RPŞ tərəfindən araşdırma aparılır.