Qubada 45 yaşlı kişi torpaq uçqunun altında qalaraq ölüb
11 aprel 2013 01:10 (UTC +04:00)

Qubada 45 yaşlı kişi torpaq uçqunun altında qalaraq ölüb

0

Aprelin 10-da axşam saatlarında Quba rayonu ərazisində bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü Quba rayonunun Amsar kənd sakini Nuxcanov Cavid Abdulla oğlu torpaq uçqunun altında qalaraq dünyasını dəyişib. Hadisə su anbarının tikintisi üçün aparılan qazıntı işləri zamanı qeydə alınıb. Yoldaşları onu torpağın altında çıxararaq Quba Mərkəzi Rayon Xəstəxanasına apararkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 899

Oxşar yazılar