Qoyun oğrusu tutuldu
03 oktyabr 2015 15:15 (UTC +04:00)

Qoyun oğrusu tutuldu

0

Salyanda qoyun oğrusu saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Yəhya Haqverdiyevin həyətindən 1 baş qoyun oğurlamış rayon sakini Eldəniz Əzizov tutulub.

 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il sentyabr ayında rayon sakinləri Murad Əzizova məxsus 1 baş və Əlövsət Qafarova məxsus 1 baş qoyunu oğurlaması müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar