Qonşumuzda qızılca yayılır
11 aprel 2013 17:22 (UTC +04:00)

Qonşumuzda qızılca yayılır

0

Gürcüstanda sürətlə yayılan qızılca xəstəliyi ciddi problemə çevrilməkdədir.

 

Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu ilin əvvəlindən qonşu ölkədə qızılcaya yoluxanların sayı 900 nəfəri keçib, 300 nəfər xəstəxanaya yerləşdirilib.

 

Qızılcaya yoluxanların 682 nəfəri Tiflis, qalanları region sakinidir. İndiyə qədər biri uşaq olmaqla, qızılcadan 2 nəfər dünyasını dəyişib. Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yardım üçün ABŞ-a müraciət edib. Bu gün ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland ABŞ  Müdafiə Departamentinin artıq 75 min ədəd vaksinin alınması üçün Gürcüstana vəsait ayırdığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1483

Oxşar yazılar