Qəzanın canlı şahidi danışdı: “Bu, qəza yox, qətliam idi”
17 sentyabr 2015 14:50 (UTC +04:00)

Qəzanın canlı şahidi danışdı: “Bu, qəza yox, qətliam idi”

0

“Bizə 10 nəfər gətirildi, həkimlər daxil olan yaralıları ilkin müayinədən keçirdi, sonra onları uyğun şöbələrə yerləşdirdik. Yaralıların böyük əksəriyyətinin vəziyyəti ağır olduğundan onlar reanimasiya blokuna, oradan isə cərrahiyyə otağına köçürüldü. Hazırda 4 yaralı üzərində əməliyyat gedir, digərlərinə isə yardım göstərilir. Yaralılardan 6 nəfərin vəziyyəti ağırdır, onlara aldıqları travmaya uyğun hər bir yardım göstərilir”.

 

Hadisənin canlı şahidi olmuş şəxs qəzanın səbəbləri barədə ehtimallarını söyləyib. Mikroavtobusla yanaşı hərəkət edən maşının sürücüsü qəzanın bir an işində baş verdiyini deyib: “Sürücü qəfildən ayıldı, kamera gördü, ya nə isə oldu, bilmədik. İdarəetməni itirdi, maşını dəmir hasara çırpdı. Hasardakı dəmir maneə maşını və içəridəki sərnişinləri ot kimi biçdi. Bu, qəza deyildi, qətliam idi”.

 

Xatırladaq ki, Bakı-Sumqayıt yolunda mikroavtobusun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Maşından olan sərnişinlərdən iki nəfəri hadisə yerində, biri isə xəstəxanada keçinib. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar