Qərb mətbuatı Ermənistandakı mitinqdən yazır: <span style="color:red;">“Ən böyük iğtişaşdır”
23 iyun 2015 15:38 (UTC +04:00)

Qərb mətbuatı Ermənistandakı mitinqdən yazır: “Ən böyük iğtişaşdır”

 

“Associated Press”: “Bu etirazlar son illərdə Ermənistanda müşahidə edilən ən böyük iğtişaşlardır”

 

Dünyanın əksər media orqanları Ermənistanda baş verən hadisələrlə bağlı materiallar hazırlayıb.

 

APA-nın məlumatına görə, “Associated Press” agentliyi çərşənbə axşamı Ermənistan polisinin elektrik enerjisi qiymətlərinin artmasına etiraz edən və mərkəzi prospekti bağlayan nümayişçiləri güc yolu ilə dağıtmasından və 200 nəfərdən çox adamı həbs etməsindən yazıb:

 

“Bu etirazlar son illər Ermənistanda müşahidə edilən ən böyük iğtişaşlardır. Bu isə yoxsul, keçmiş sovet respublikası olan və Rusiya hərbi bazasının yerləşdiyi Ermənistanla bağlı narahatlıqları artırır. Təxminən 5 min nümayişçi ötən gün prezidentin qərargahına doğru hərəkət edib, lakin çevik polis qüvvələri onların qarşını alıb”.

 

Agentlik Ermənistan Polis İdarəsinin mətbuat katibi Aşot Aqoronyana istinad edərək 237 nümayişçinin həbs edildiyini açıqlayıb. O bildirib ki, 7 nümayişçi və 11 polis yaralanıb. “Dənizə çıxışı olmayan Ermənistan iqtisadiyyatı Dağlıq Qarabağ münaqişəsinə görə Türkiyə ilə Azərbaycanla sərhədlərin uzun müddət bağlı qalması səbəbindən daha da zəifləyib”.

 

“Reuters” agentliyi isə yazır ki, İrəvandakı etiraz aksiyaları gənc fəallar tərəfindən təşkil olunub və bunun heç bir siyasi partiya ilə bağlılığı yoxdur: “Onlar hökumətin avqustun 1-dən elektrik enerjisinin qiymətlərini 17-22 faiz artırılması qərarına etiraz ediblər”.

 

“Frans-Press” isə 3,2 milyon əhalisi olan Ermənistanın Rusiya iqtisadiyyatının zəifləməsindən zərər çəkdiyini önə çəkib. Həmçinin Ermənistanın Rusiya tərəfindən yaradılan Avrasiya Gömrük İttifaqına qoşulması ilə İrəvanın Moskvadan asılılığının artdığı qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 51
avatar

Oxşar yazılar