Arvadını döydü, qayınatasını bıçaqladı, qayınanasını isə bellə vurdu
22 sentyabr 2015 20:31 (UTC +04:00)

Arvadını döydü, qayınatasını bıçaqladı, qayınanasını isə bellə vurdu

0

Bu gün axşam saatlarında Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb.

 

Salyan Rayon Polis Şöbəsindən APA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Kənd sakini Vaqif Sahib oğlu Cəfərov bir müddət əvvəl qeyri-rəsmi nigahda olduğu yoldaşıını döyərək, ağır xəsarətlər yetirib. Hadisə ilə  bağlı polis şöbəsində şikayət edilib.

 

Bundan qəzəblənən Vaqif Cəfərov qayınatasıgilə gələrək mübahisə edib. Mübahisə zəminində o, qayınatası 1952-ci il təvəllüdlü Tahir Gülməmməd oğlu Adıgözəlova bıçaqla, qayınanasına isə həyətdəki bellə xəsarət yetirib. Yaralılar  Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Faktala bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar