QAT müxalifət partiyalarından tələb etdi
03 iyul 2013 12:43 (UTC +04:00)

QAT müxalifət partiyalarından tələb etdi

Qarabağ Azadlıq Təşkilatı bəzi müxalif partiyaların gənc üzvlərinin Gürcüstanda keçirilən tədbirdə Azərbaycanın milli maraqlarına zidd hərəkətlər etməsi ilə bağlı bəyanat yayıb. Lent. az -ın məlumatına görə, bəyanatda qeyd olunur ki, bu cür hərəkətlər ciddi narahatçılıq  doğurur: “29-30 iyunda “Gənc Siyasətçilərin Forumu” adı ilə keçirilən bu tədbirdə Müsavat, AXCP, Ümid partiyasının üzvləri ermənilərə xüsusi isti münasibət göstərir, ermənilərlə heç bir düşmənçiliyin olmadığını, sanki bizim torpaqları işğal etmədiklərini nümayiş etdirir, yeyir-içir, əylənir, Azərbaycan xalqının maraqlarına uyğun olmayan çıxışlar edir, Avropanın gözünə girmək üçün ermənilərlə dostluq münasibətləri qurmağa çalışırlar ”.

Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, adları çəkilən partiyaların rəhbərləri bu məsələni dərhal araşdırmalı və cəmiyyətə açıqlama verməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378

Oxşar yazılar