Qaradağda mina tapılıb
13 fevral 2015 19:09 (UTC +04:00)

Qaradağda mina tapılıb

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində partlayıcı qurğu olduğu ehtimal edilən şübhəli əşyanın aşkarlanması barədə məlumat daxil olub.

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nəticədə qeyd olunan ərazidə 1 ədəd TM-62 markalı mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyat saat 13:40-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 844

Oxşar yazılar