Beyləqan rayonunda qadının öz mənzilindən fahişəxana kimi istifadə etməsi faktı aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Zülfiyyə Soltanovanın mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Bundan başqa Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində yaşayan Simarə Hacıyevanın mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi də müəyyən edilib.
Araşdırmalar davam etdirilir.