Qadının evindən oğurluq edən 3 gənc tutuldu
05 oktyabr 2015 11:01 (UTC +04:00)

Qadının evindən oğurluq edən 3 gənc tutuldu

0

Bakıda oğurluqla məşğul olan 3 nəfər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 13-də Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən 4 saylı yataqxanada yaşayan Tərlan Əhədovun mənzilindən, iyunun 28-ə keçən gecə Buzovna qəsəbəsi N.Əliyev küçəsində yaşayan Arzu Məlikovun və iyulun 5-də Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Sima Dəmirovanın evindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübəhli bilinən Kəngərli rayon sakini, 1986-cı il təvəllüdlü İslam Möhbalıyev, Bakı şəhər sakinləri -  1997-ci il təvəllüdlü Rəhman Mirzəyev və 1992-ci il təvəllüdlü Nicat Cəbiyev tutulub.

 

Araşdırmalar davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar