Cibgirliklə məşğul olan qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da rayon sakini Sevda Kərimovanın çantasından 500 manat və 10 avro pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Fidurə Nəzərova tutulub.
Araşdırma aparılır.