Qadını rüsvayçı materiallarla şantaj edib, 7000 manatını aldı
26 sentyabr 2015 13:26 (UTC +04:00)

Qadını rüsvayçı materiallarla şantaj edib, 7000 manatını aldı

Sentyabrın 25-də Gəncə şəhər sakini Ş.M (qadın) Nizami (Gəncə) RPİ-yə müraciət edərək həmyerlisi Anar Məcməddinovun onu sosial şəbəkədə rüsvay edəcəyi və ailəsinə böhtan atacağı ilə hədələdiyini deyib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şantaj edən şəxs xanımdan cari il iyul ayından sentyabr ayınadək olan müddətdə 7000 manat pulunu və qızıl əşyalarını alıb. A.Məcməddinov sonuncu dəfə xanımdan 530 manat tələb edib.

 

Faktla bağlı Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məcməddinov saxlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar