Qadın oğrular saxlanıldı
21 sentyabr 2015 15:47 (UTC +04:00)

Qadın oğrular saxlanıldı

0

Azərbaycanda bu həftə sonu oğlurluqda şübhəli bilinən 3 qadın saxlanılıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Kübra Manafovanın evindən qızıl əşyalar oğurlamış Yevlax şəhər sakinləri Zöhrə Bəkirova və Rəhilə Nadirova tutulublar.

 

Bənzər hadisə Gəncədə baş verib. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Kəmalə Cəfərovanın evindən qızıl əşya oğurlamış Gəncə şəhər sakini Gülmira Əliyeva tutulub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar