Putin qəfil geniş miqyaslı hərbi təlim keçirilməsi əmri verdi
28 mart 2013 18:06 (UTC +04:00)

Putin qəfil geniş miqyaslı hərbi təlim keçirilməsi əmri verdi

Rusiya prezidenti Vladimir Putin bu gün qəfil Qara dənizdə geniş miqyaslı hərbi təlimə başlanılması barədə əmr verib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu prezidentin mətbuat katibi Dmitriy Peskov söyləyib.

 

Ümumilikdə 7 min hərbçinin iştirak edəcəyi təlimə Sevastopol və Novorossiyskdəki bazalardan 36 hərbi gəmi  qatılacaq. Dmitriy Peskov bildirib ki, beynəlxalq praktikada 7 minə qədər hərbçinin iştirak edəcəyi təlimlə bağlı tərəfdaşları, o cümlədən NATO-nu ilkin məlumatlandırmaya ehtiyac duyulmur. Onun sözlərinə görə, beynəlxalq praktika çərçivəsində istənilən ölkənin planlaşdırılmış, yaxud qəfil hərbi təlim keçirmək suveren hüququdur: Bu gün səhər saat 5-də Cənubi Afrikadan qayıdan Vladimir Putin hələ təyyarənin göyərtəsində olarkən müdafiə naziri Sergey Şoyquya Qara dənizdə geniş miqyaslı hərbi təlimə başlamaqla bağlı əmr verib. Bununla da hərbi bölmələr qəfil böyük yoxlamadan keçiriləcək. Hərbi təlimdə aviasiya qüvvələri də qismən iştirak edəcək. Gəmilər artıq Sevastopoldan çıxıb”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149
avatar

Oxşar yazılar