Prezident Vitali Smirnovu "Dostluq" ordeni ilə təltif edib
14 fevral 2015 17:28 (UTC +04:00)

Prezident Vitali Smirnovu "Dostluq" ordeni ilə təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Vitali Georgiyeviç Smirnovun "Dostluq" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

 

Lent.az-ın məlumatına görə, V. Smirnov Olimpiya hərəkatının inkişafında və Azərbaycan ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə ordenlə təltif edilib.

 Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Smirnovu 80 illik yubileyi münasibətilə təbrik edib.

 

APA-nın xəbərinə görə, ölkə başçısı V. Smirnova möhkəm cansağlığı, bütün dünyada idmanın inkişafı və populyarlaşdırılması işində yeni uğurlar arzulayıb.

 

"Sizin çoxillik fəaliyyətiniz Olimpiya ideallarına sədaqətlə xidmət etməyin nadir nümunəsidir. Siz həm sovet dönəmində, həm də postsovet dövründə sağlam həyat tərzinin, bədən tərbiyəsinin və idmanın təbliği üçün çox iş görmüsünüz. Ölkələrimizin idman ictimaiyyəti Sizin Azərbaycanın və Rusiyanın idmançıları və idman təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir. Əminəm ki, Sizi Bakıda keçiriləcək birinci Avropa Oyunlarında ən çox arzu edilən qonaqlardan biri kimi görəcəyik. İndi Azərbaycanda həmin Oyunlara hazırlıq işi başa çatır. Ümidvarıq ki, bu Oyunlar Olimpiya hərəkatında yeni mərhələ olacaq, olimpizmin fundamental dəyərlərinin və prinsiplərinin möhkəmlənməsinə layiqli töhfə verəcək. Sizin çoxillik təcrübəniz gənc idmançıların yeni nəsilləri üçün son dərəcə maraqlı və faydalıdır. Düşünürəm ki, Sizə xas olan enerji istedadlı gənclərin Olimpiya hərəkatına cəlb edilməsinin perspektivləri ilə bağlı hələ çox planları və layihələri həyata keçirməyinizə imkan verəcək. Sizə uğurlar diləyirəm", - deyə təbrikdə qeyd olunub.

 
# 129
avatar

Oxşar yazılar