Polis gücləndirilmiş iş rejiminə keçdi
29 oktyabr 2015 12:56 (UTC +04:00)

Polis gücləndirilmiş iş rejiminə keçdi

0
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubovmüvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

 

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar