Poçt əməkdaşına basqın edildi
09 fevral 2015 23:50 (UTC +04:00)

Poçt əməkdaşına basqın edildi

 “Azərpoçt” MMC-nin Gəncə Regional Poçt filialının sürücüsünə silahlı basqın edilib.

 

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə fevralın 9-da saat 19 radələrində şəhərin Səbuhi Xasayev küçəsində, Regional Poçt filialının 3 saylı şöbəsinin qarşısında baş verib.

 

Şəhər sakini, poçtun əməkdaşı Tofiq Rüstəmov “VAZ 2106” markalı avtomobili ilə poçtun inkassatorunu 3 saylı filialdan pulları aparmaq üçün ora aparıb. Avtomobilində inkassatoru gözləyən sürücü qəfildən təxminən 30-35 yaşlarında olan şəxsin basqınına məruz qalıb. Silaha oxşar bir alətlə T. Rüstəmovun baş və sifət nahiyəsinə zərbələr endirən şəxs ondan pulları tələb edib. Avtomobildə pulun olmadığını görən  maskalı hadisə yerindən qaçıb. Xəsarət alan T. Rüstəmov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərdikdən sonra evə buraxılıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05