Peterburqda 54 yaşlı azərbaycanlı özünü asıb
27 sentyabr 2015 19:49 (UTC +04:00)

Peterburqda 54 yaşlı azərbaycanlı özünü asıb

0

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı intihar edib. Lent.az Report-a istinadən xəbər verir ki, 54 yaşlı kişi sentyabrın 27-də gecə yarısı Bela Kun küçəsində yerləşən binanın mənzilində asılı vəziyyətdə tapılıb.

Mərhumu birgə kirayə qaldığı 42 yaşlı həmyerlisi aşkar edib. O özünü otaqlardan birinin çılçırağına bağladığı kəndirdən asıb. Meyitin üzərində heç bir zorakılıq və inyeksiya əlamətləri aşkar olunmayıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar