Bakıda və Abşeron rayonunda iki nəfər bıçaqlandı
17 sentyabr 2015 03:48 (UTC +04:00)

Bakıda və Abşeron rayonunda iki nəfər bıçaqlandı

0

Bu gecə 3 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə 17 yaşlı İman Səhman oğlu Cəfərov gətirilib.  APA-nın məlumatına görə, həkimlər ona qarının və biləyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

 

Əməliyyat olunan xəstənin vəziyyəti stabil qiymətləndirilir. Faktla bağlı ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə xəbər verilib. Məlum olub ki, hadisə Qara Qarayev prospektində yerləşən parklardan birində baş verib. Hazırda cinayəti törədən şəxsin axtarışları davam edir.

 

Gecə saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanasına da bıçaq xəsarətləri almış yaralı gətirilib. Məlum olub ki, bıçaqlanan şəxs Abşeron rayonunun Quşçuluq massivində yaşayan 26 yaşlı Sahib Qiyamət oğlu Əliməmmədovdur. Ona sol budun yuxarı 1/3-nin deşilmiş yarası diaqnozu qoyulub. Abşeron polisi faktla bağlı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar