Paytaxtda binada yanğın: 20  sakin təxliyə olundu
18 sentyabr 2015 06:10 (UTC +04:00)

Paytaxtda binada yanğın: 20 sakin təxliyə olundu

0

Bakıda binada yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Binəqədi rayonunda çoxmərtəbəli  yaşayış binasında ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin  1 otağının yanar konstruksiyaları  və ev əşyaları 15 kv.m sahədə yanıb. Yanğın zamanı binada yaşayan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar