Özündən 16 yaş böyük kişini bıçaqladı - <span style="color:red;">MİNGƏÇEVİRDƏ
30 sentyabr 2015 19:53 (UTC +04:00)

Özündən 16 yaş böyük kişini bıçaqladı - MİNGƏÇEVİRDƏ

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. 
 

APA-nın yerli bürosunun xəbərinə görə, 1983-cü il təvəllüdlü Həbiyev Amil Sədrəddin oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1967-ci il təvəllüdlü Məmmədov Namiq Əbülfəs oğluna bıçaqla xəsarət yetirib. 
 

N. Məmmədov Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs isə saxlanılaraq istintaqa təhvil verilib.
 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 67
avatar

Oxşar yazılar