“Fire Land Production” (“Odlar yurdu”) Türkiyənin məşhur müğənnisi Özcan Dənizi Bakıya gətirir. Producitionun rəhbəri İsgəndər Süleymanovun Lent .az-a verdiyi məlumata görə, konsert aprelin 14-də Heydər Əliyev Sarayında təşkil olacaq. Onun sözlərinə görə, Özcan Dənizdən əvvəl Dövlət Rəqs Ansamblı, Natiq Ritm Qrupu səhnəyə çıxacaq. Həmin gün tanınmış müğənni ilə mətbuat nümayəndələrinin görüşü keçiriləcək. İsgəndər Süleymanov onu da bildirib ki, production tərəfindən il ərzində Rusiyanın, Türkiyənin tanınmış ulduzlarının Bakıda konsertini təşkil edəcəklər.
Qeyd edək ki, bu, yeni yaradılan productionun təşkil etdiyi ilk konsertdir. Bildirilib ki, “Fire Land” tərəfindən ilin sonunda mükafat da təsis ediləcək. Ölkənin idman, mədəniyyət, incəsənət və digər sahələrində uğur qazanan şəxslər mükafatlandıracaq.