Parlamentdən APA-ya verilən məlumata görə, O. Əsədov siyasi sahədə əlaqələrin iqtisadi, mədəni, humanitar sahələrə də nüfuz etdiyini söyləyib. Mübarək Saleh Əl-Nəcədə isƏ Azərbaycanı özlərinə yaxın dost bildiklərini bildirib. O, Dağlıq Qarabağ məsələsinin həllində ölkəsinin Azərbaycanın mövqeyini müdafiə etdiyini söyləyərək Xocalı soyqırımını birmənalı şəkildə pislədiklərini deyib.
Qonaq ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu və onun mövqeyini müdafiə etdiyini bildirib.
Görüşdə Əl-Nəcədə Küveyt parlament sədrinin dəvət məktubunu O. Əsədova təqdim edib. Dəvət məmnunluqla qəbul olunub.