Onların həyatını bir zəng xilas etdi: dəhşətli yanğından görüntülər
06 oktyabr 2014 11:45 (UTC +04:00)

Onların həyatını bir zəng xilas etdi: dəhşətli yanğından görüntülər

Qurban bayramında Salyanda 2 otaqdan ibarət fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub. Xoşbəxtlikdən xəsarət alan olmasa da, ailə evsiz qalıb.

 

APA TV-nin xəbərinə görə, dəhşətli yanğın hadisəsi Salyan rayonunun "Plastik" yaşayış massivində, Həsən Məmmədov küçəsində qeydə alınıb. Həmin yaşayış massivinin sakini, 23 yaşlı Gülnar Nizami qızı Ələkbərovaya məxsus 1 mərtəbədən ibarət 2 otaqlı fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Hadisə baş verən zaman ailə üzvləri  evdə olsalar da, yanğından xəbərləri olmayıb. Onların həyatını yalnız bir zəng xilas edib. Belə ki, Gülnarın anası Gülnişan Hüseynova evə zəng vurandan sonra ev sahibi bu hadisədən xəbər tutub.

 

Evin dam örtüyü yanar konstruksiyadan ibarət olduğundan alov daha da şiddətlənib. Yüksəkliyə ucalan  alov hətta qonşu evlər üçün də təhlükə yaradıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinə məlumat verilib. Məlumat daxil olan kimi hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun yaxınlıqdakı digər yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

 

Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir. Hadisənin əsl səbəbi isə araşdırmalardan sonra məlum olacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2626
avatar

Oxşar yazılar