Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilmiş ölüb.
APA-nın məlumatına görə, hadisə Ədliyyə NazirliyiPenitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Qobustan qapalı həbsxanasında cəza çəkən 1961-ci il təvəllüdlü Xanbala Məmmədovun səhhəti qəfildən pisləşib və müalicə müəssisəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, X. Məmmədovu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.