Oğru ev sahibini döydü
16 avqust 2019 13:14 (UTC +04:00)

Oğru ev sahibini döydü

0
Bakıda evə basqın edən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girən naməlum şəxs ev sahibi (qadını) və qonağı olan daha bir qadını bıçaqla hədələyərək pul vermələrini tələb edib, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.
 
Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1091

Oxşar yazılar