“Elə bir şey olmayıb, bu, müəyyən insanların uydurmasıdır”.
Bunu Lent.az-a Millət vəkili Ayaz Orucovun oğlu sərxoş vəziyyətdə avtomobil edarə etdiyi üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə yayılan xəbərləri şərh edərkən deyib.
Ayaz Orucov bildirib: "Bu barədə məlumatların doğru olmadığına əmin olmaq istəyənlər hüquq-mühafizə orqanlarına sorğu ünvanlaya bilərlər".
Xatırladaq ki, avtosfer.az-ın məlumatına görə, bir neçə gün əvvəl Bakı şəhərində deputat oğlu yol polisi tərəfindən saxlanılarkən kobudluq edərək tabesizlik göstərib. Hətta, atasının deputat olduğunu deyərək yol polislərinə problem yaradacığını da bildirib. Lakin DYP əməkdaşları geri çəkilməyib və deputat oğlunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı sənədləşdirilib. Deputat oğluna protokol yazılıb, avtomobili isə cərimə meydançasına salınıb. Bundan xəbər tutan millət vəkili Ayaz Orucov qalmaqal yaradıb. Məlumata görə, deputat Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək oğluna protokol yazan yol polisi əməkdaşının cəzalandırılmasını istəyib. Lakin onun bu cəhdləri nəticəsiz qalıb.