Neftçalada 28 yaşlı kişi kanalda batdı - YENİLƏNİB
03 avqust 2017 20:48 (UTC +04:00)

Neftçalada 28 yaşlı kişi kanalda batdı - YENİLƏNİB

0

Mil-Muğan kanalında batan Neftçala sakininin meyiti tapılıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş FHN-nin Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri 1989-cu il təvəllüdlü Təbriz Bağırov Abasət oğlunun cəsədini tapıb çıxararaq aidiyyəti üzrə təhvil veriblər.  

 

*** 19.54

Neftçala sakini Mil-Muğan kanalının Xəzər dənizinə axan hissəsində batıb. APA-nın Mil-Muğan Bürosunun verdiyi məlumata görə, batan şəxs rayonun Yeni Qışlaq kənd sakini 1989-cu il təvəllüdlü Bağırov Təbriz Havasəb oğludur. Hazırda o, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar