
Narkotiklə bağlı 5 fakt
0
0
İyulun 2-də törədilən 8 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılmasını təmin edib.
Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.
0
0