Yol polisi sərnişin daşıyan sürücünün nəşəli olduğunu aşkarladı
10 iyul 2019 17:38 (UTC +04:00)

Yol polisi sərnişin daşıyan sürücünün nəşəli olduğunu aşkarladı

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü aşkarlanıb. Eyni zamanda onun idarə etdiyi avtomobildən narkotik vasitə götürülüb.
 
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, taksi qismində idarə etdiyi “Tofaş” markalı avtomobillə Bakıdan Astaraya sərnişin aparan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib. Həmçinin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Ə.Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar