Nargin adası yaxınlığında qadın cəsədi aşkarlanıb
23 aprel 2013 23:58 (UTC +04:00)

Nargin adası yaxınlığında qadın cəsədi aşkarlanıb

Aprelin 23-də Xəzərdə, Böyük Zirə (Nargin) adası yaxınlığında naməlum qadın cəsədi aşkarlanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olduqda, aidiyyəti qurumlar dərhal məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə-qəza Xilasetmə Xidmətinin müvafiq qüvvələri “Arktur” kateri ilə əraziyə gələrək cəsədi sudan çıxarmış və aidiyyəti üzrə təhvil verilməsini təmin edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1543
avatar

Oxşar yazılar