Nabranda istirahət məkanından əxlaqsızlıq yuvası kimi istifadə edildiyi üzə çıxıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nabran qəsəbəsinin ərazisindəki “Sevdiyim məkan” adlı istirahət mərkəzində oranın işçisi Adil Eyyubovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.