Müsavat başqanının müavini Elman Fəttahın maşını qarət olunub.
Lent.az-ın məlumatına görə, başqan müavini bu barədə “facebook” səhifəsində məlumat verib: "Avtomobilimə oğru girib. Bir neçə paçka siqaret, ətir və 150 avro götürüb. Monitoru çıxarmaq istəsə də, sonra vaz keçib. Hələlik bunları müəyyən edə bildim. Qanacaqlı oğru olduğu üçün sənədləri götürməyib. 102-yə zəng etdim”.