Motosikl “Prado” ilə toqquşdu: 1 ölü
28 oktyabr 2015 20:54 (UTC +04:00)

Motosikl “Prado” ilə toqquşdu: 1 ölü

0

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 19.30 radələrində İmişli rayonunun Məzrəli kəndində baş verib.  Füzuli rayonu Mahmudlu-2 kənd sakini, 1948-ci il təvəllüdlü İmanov Fəlakət Rəşid oğlu idarə etdiyi "Prado" markalı 90 GU 869 dövlət npmrə nişanlı avtomobillə rayonun Məzrəli kənd sakini, 1972-ci il təvəllüdlü Vasif Musa oğlu Qasımovun idarə etdiyi motosikl toqquşub.

 

Nəticədə motosiklin sərnişini Bəhrəmtəpə qəsəbə sakini, 1976-cı il təvəllüdlü Quliyev Fəxrəddin İnşallah oğlu dünyasını dəyişib,  Vasif   Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı   İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar