ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 17-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik və səhra köməkçisi Evqeniy Sarovskoqo keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, İrji Aberle və maliyyə administrasiyasının rəhbəri Piter Svidberq olacaqlar.