Cəbhə xəttində düşmən təxribatının qarşısı alınıb
26 mart 2016 15:50 (UTC +04:00)

Cəbhə xəttində düşmən təxribatının qarşısı alınıb

Erməni silahlı qüvvələrinin təxribatının qarşısı alınıb.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib.

 

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin açdığı sərrast atəşlə elə ilk mərmilərlə düşmənin hərbi nəqliyyat vasitələri və mövqeləri sıradan çıxarılıb.

 

Müdafiə Nazirliyi bir daha bildirir ki, Silahlı Qüvvələrimiz düşmənin mülki deyil, yalnız hərbi obyektlərini hədəfə alır. Qarşı tərəf isə həmişə olduğu kimi yenə də öz itkilərini ictimaiyyətindən gizlədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159

Oxşar yazılar