Milli Məclisin payız sessiyasında ilk iclasının gündəliyi açıqlanıb
21 sentyabr 2015 11:47 (UTC +04:00)

Milli Məclisin payız sessiyasında ilk iclasının gündəliyi açıqlanıb

Azərbaycan Milli Məclisinin sentyabrın 30-da keçiriləcək payız sessiyasında ilk iclasının gündəliyi dəqiqləşib.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 39 məsələ daxildir.

 

Gündəlikdə Cinayət, İnzibati Xətalar məcəllələrinə, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında” və daha bir neçə qanuna dəyişikliklər, dövlətlərarası sazişlərin təsdiqi, o cümlədən yeni “Publik şəxslər haqqında” qanun layihəsi var.

 

Qeyd edək ki, bu, Milli Məclisin IV çağırışda son sessiyasıdır, noyabrın 1-də parlamentə V çağırış seçkilər keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar