Meydan TV-nin əməkdaşı sərbəst buraxılıb - <span style="color:red;">YENİLƏNİB
16 sentyabr 2015 20:55 (UTC +04:00)

Meydan TV-nin əməkdaşı sərbəst buraxılıb - YENİLƏNİB

Meydan TV ilə əməkdaşlıq edən reportyor Aytac Əhmədova sərbəst buraxılıb.

 

Lent.az-ın xəbərinə görə, bu barədə onun dostları "facebook" sosial şəbəkəsində yazıblar.

 

 

 

***

20:04

Meydan TV ilə əməkdaşlıq edən reportyor, 22 yaşlı Aytac Soltan qızı Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb.

 

Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, o, saat  16:00 radələrində mağazaya gedərkən Bakı şəhər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi əməkdaşları tərəfindən saxlanaraq idarəyə aparılıb.

 

Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil. Xatırladaq ki, bundan bir neçə gün öncə Meydan TV'nin əməkdaşları Baş Prokrorluqda dindirilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar