Metropoliten Bakını həyəcanlandıran qəzanın səbəbini <span style="color:red;">AÇIQLADI
16 may 2014 12:17 (UTC +04:00)

Metropoliten Bakını həyəcanlandıran qəzanın səbəbini AÇIQLADI

Bakı Metropoliteni bu gün səhər saatlarında "Koroğlu" stansiyasında baş vermiş qəzanın səbəblərini açıqlayıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Lent.az-a açıqlamasında qəzanın səbəbinin dəqiqləşdiyini deyib. O bildirib ki, tüstülənmə vaqonun mühərrikindən çıxan kabeldə boşluq nəticəsində baş verib: “Hadisə baş verdikdən sonra qatar baxış üçün depoya göndərilib. Mütəxəssislər müəyyən edib ki, vaqonun mühərrikindən çıxan kabeldə boşluq nəticəsində qızma baş verib və tüstüləmə əmələ gəlib. Əsas səbəb budur”.

 

N.Paşayev əlavə edib ki, hadisə köhnə vaqonda olub: "Hər halda onun da təsiri var”.

# 5121
avatar

Oxşar yazılar