Mətbuat Şurası seçkilərlə bağlı bəyanat yaydı
28 oktyabr 2015 18:13 (UTC +04:00)

Mətbuat Şurası seçkilərlə bağlı bəyanat yaydı

Azərbaycan Mətbuat Şurası Milli Məclisə seçkilər ərəfəsində bəyanat yayıb. Lent.az-ın məlumatına görə, bəyanatda deyilir: "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər yaxınlaşdıqca ayrı-ayrı namizədlər və media orqanları arasında müəyyən gənginlik müşahidə edilməkdədir. Bu cəhət Azərbaycan Mətbuat Şurasına ünvanlanmış narazılıqlar məktublarında da əksini tapmaqdadır. Bir sıra namizədlər ayrı-ayrı kütləvi informasiya vasitələrində, xüsusən də internet xəbər portallarında şərəf və ləyaqətlərinin aşağılandığını, işgüzar nüfuzlarına zərər gətirildiyini iddia edirlər. Bu baxımdan çoxsaylı şifahi müraciətləri, o cümlədən deputatlığa namizədlər Fəzail Ağamalının və İlhamiyə Rzayevanın Şuraya müraciətlərini qeyd etmək mümkündür.Azərbaycan Mətbuat Şurasının apardığı monitorinqlərin nəticələri də şikayət müəlliflərinin haqlı olduqları məqamların mövcudluğunu təsdiqləyir. Şura müxtəlif illərdə seçkiqabağı təbliğat-təşviqat kampaniyasının mediada işıqlandırılması ilə bağlı vəziyyəti təhlil edərkən bu qənaətə də gəlir ki, ötən dövrlərlə müqayisədə 2015-ci ilin parlament seçkisi öncəsi siyasi ziddiyyətlərin bu və ya digər media orqanına çıxarılmasına dair faktlar əhəmiyyətli dərəcədə azalıb. Ancaq mövcud durum arxayınlaşmağa əsas vermir. Buna görə də Mətbuat Şurası bir müddət öncə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, həmçinin Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyi ilə birgə jurnalistlərin seçkini işıqlandırması xüsusiyyətlərinə dair tematik tədbirlər təşkil edib.

Azərbaycan Mətbuat Şurası Milli Məclisə seçkilərə saylı günlərin qaldığı bir vaxtda kütləvi informasiya vasitələrini, əsasən də internet media orqanlarını «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na riayət etməyə, habelə Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmağa çağırır. İstərdik ki, media fəaliyyəti ilə məşğul olan şəxslər seçkini təkcə siyasi rəqabət deyil, eyni zamanda xalqımız və dövlətimiz üçün mühüm sınaq meydanı olması reallığını tam ciddiyyəti ilə dərk etsinlər.

İctimai missiya yerinə yetirən jurnalistikamızın hazırkı dövrdəki həssaslığı ölkəmizin beynəlxalq nüfuzu baxımından da önəmlidir. Mətbuat Şurası seçki prosesini, deputatlığa namizədlərin fəaliyyətini işıqlandıran KİV-ləri mövcud məqamı ətraflı düşünməyə, ədalətli rəqabətin, intellektual müstəvidəki mübarizənin təbliğatçısı olmağa, namizədlərin fəaliyyətindəki ictimai motivləri cəmiyyətə dəqiq və qərəzsiz şəkildə çatdırmağa səsləyir. Qurum media orqanının, yaxud jurnalistin hansısa namizəd barədə təhqiredici, aşağılayıcı fikirlər yayımlamasını qətiyyətlə pisləyir. Şura bu sayaq xoşagəlməz hallara yol verən kütləvi informasiya vasitələrinə ciddi şəkildə xəbərdarlıq edir və bildirir ki, peşə fəaliyyətinə etinasız yanaşma meylləri nəzarətdə saxlanılacaq.

Azərbaycan Mətbuat Şurası ölkədə yaradılmış ədalətli seçki mühitinə media müstəvisində xələl gətirilməsinə münasibətdə qanuni ölçü tədbirinin götürülməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldıracaq və təşəbbüsündə israrlı olacaq".

# 210
avatar

Oxşar yazılar

3 milyarddan çox rüşvət alan deputat beynəlxalq axtarışa verildi

3 milyarddan çox rüşvət alan deputat beynəlxalq axtarışa verildi

27 fevral 2024 , 16:30
Teatrda  işçinin meyiti tapıldı

Teatrda işçinin meyiti tapıldı

27 fevral 2024 , 16:12
Bakıda məşhur restoranda  nöqsanlar   aşkarlandı

Bakıda məşhur restoranda nöqsanlar aşkarlandı

27 fevral 2024 , 16:03
Azərbaycan millisinin sabiq güləşçisi həbs edildi

Azərbaycan millisinin sabiq güləşçisi həbs edildi

27 fevral 2024 , 16:00
Bakıda 29 yaşlı kişi itkin düşdü

Bakıda 29 yaşlı kişi itkin düşdü

27 fevral 2024 , 15:36
Bakı həbsxanasında DAHA BİR ÖLÜM

Bakı həbsxanasında DAHA BİR ÖLÜM

27 fevral 2024 , 15:18
Kök deputatı  təyyarədən qovdular

Kök deputatı təyyarədən qovdular

27 fevral 2024 , 14:33
12 yaşlı qız özünü öldürdü

12 yaşlı qız özünü öldürdü

27 fevral 2024 , 14:24